Bir çox vətəndaşlar bəzi marketlərdə verilən çeklərin fiskal və ya QR-kodların oxunmamasından şikayət edirlər.
Marketlərin bir çoxunda verilən qəbzlər keyfiyyətsiz olduğu üçün müştərilər əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılmasından yararlana bilmirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ƏDV-nin qaytarılması hökumətin sosial siyasətinin bir hissəsidir: "ƏDV çeklərinin düzgün formada verilməməsi istehlakçı hüquqlarının pozulmasıdır və vətəndaşlar bu kimi hallarla rastlaşdıqda "195" qaynar xəttinə şikayətlərini bildirməlidirlər". Ətraflı ARB TV-nin süjetində: