Bakı. Trend:
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindənbununla bağlı qərar qəbul olunub.
Trend xəbər verir ki,Azərbaycan Respublikasının Nazirlər Kabineti “AzərbaycanRespublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilənxidmətlərin siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Qərara əsasən, “Azərbaycan Respublikasının İxracın vəİnvestisiyaların Təşviqi Agentliyi –AZPROMO tərəfindənixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı”təsdiq edilib.
Agentlik tərəfindən ixracatçı və investorlara göstərilənxidmətlərin siyahısı:
- Sahibkarlıq subyektlərinin sorğusu əsasında beynəlxalq ticarətməlumatları üzrə araşdırmanın aparılması və onlara potensial ixracbazarları barədə məlumatların verilməsi,
- Sahibkarlıq subyektlərinin sorğusu əsasında onlara AzərbaycanRespublikasının ərazisindən ixrac edilən Azərbaycan mənşəliməhsulların (xidmətlərin) təyinat ölkəsinə idxalına dair qaydalarhaqqında məlumatların təqdim edilməsi,
- AZPROMO-ya məxsus əmtəə nişanlarından istifadə hüquqununverilməsi
- İnvestorların və ixracatçıların investisiya və ixracfəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslərlə AzərbaycanRespublikasının dövlət orqanlarının (qurumlarının) nümayəndələrininəlaqələndirilməsi işinin təşkili.