Qeyd edək ki, bu qiymətə yol xərci, hotel və səhər yeməyi daxildir. Hətta orada kəsiləcək qurbanların qiyməti də sözügedən məbləğə əlavə edilməyib. Yəni, qalan xərcləri zəvvarlar özləri qarşılayacaq. Bütün bu xərclər də ziyarətçiyə əlavə bir neçə minə başa gələcək.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, qiymətlər Səudiyyə Ərəbistanında olan şərtlərə uyğun hazırlanır:
“Maksimum səviyyədə çalışılır ki, müəyyən standartlara cavab versin. Çünki orada otellərin yaxınlıq, uzaqlıq məsələsi var və başqa problemlər ortaya çıxa bilir. Ona görə də oradakı vəziyyətin çətinliyi ilə bağlı nəzərdə tutulan məbləğlər kimi anlaşılır. Açığı bu məsələ çox çətin tənzimlənən məsələlərdən biridir. Çünki konkret Azərbaycan ərazisində hər hansı bir tərtibat olsaydı, bunu tənzimlənmək rahat idi. Amma burada söhbət həm təyərə qiymətləri, həm otellərin qiymətləri, həm orada olan daşınma qiymətləri hamısı ciddi şəkildə ziyarətə gedilən ölkənin müəyyən etdiyi standartlar üzrə aparılır. Ona görə də Qafqaz Müsəlmanları İdarəsinin sadəcə məsələ ilə bağlı çalışmaları minimum səviyyədə bu işin həllinə yönəlibdir.
Ümumillikdə, bu, imkanı olan şəxslərə aid olan məsələdir. O baxımdan da məncə, burada qiymətlər məsələsini hər halda müqayisə varsa, onu ortaya qoymaq olar ki, bu daha yuxarıdır, yoxsa aşağıdır. Bunu dəqiq biz də bilmirik, hansı müqayisə ilə müəyyən etmək olar. Hər halda bu, biznes fəaliyyəti ilə bağlı məsələdir. Nümayəndə gedir, orada konkret yerində müzakirə aparır, otelləri müəyyənləşdirir, danışır. Ondan sonra da buradan ziyarətə gedən adamların bu prosedura qoşulması təmin edilir”.
Deputat qeyd edib ki, bu məsələ vətəndaşların sərbəst seçimi ilə bağlıdır:
“Kimsə başqa xətlə bunu etməyi üstünlük verirsə, bunun Türkiyə ilə və başqa vasitələrlə gerçəkləşdirmə imkanları da düşünülə bilər.
Düşünürəm ki, bu məsələdə hansısa bir standartlar qoymaq çox çətindir. Çünki bu, bilavasitə xarici ölkədə olan qiymətlərlə və onların tənzimlənməsi ilə bağlı məsələ olduğuna görə konkret bu müzakirələr, bilavasitə həmin ölkənin biznes subyektləri ilə danışılır. Bu baxımdan da burada kimisə ittiham etmək, yaxud da qiymətlərə görə nədənsə naraz qalmaq əsaslı səslənmir”.
Leyla Turan
Demokrat.az
10Источники
-
hurriyyet.az“Azərbaycanda Stalin ölməyib, hələ diridir” - SABİQ MİLLƏT VƏKİLİ ( 15086713)
-
azedu.azSemestr imtahanlarından sonra tətil müddəti uzaldılmalıdır? - AÇIQLAMA ( 15085327)
-
demokrat.azNəsiminin Şamaxıdan Hələbə aparan səbəblər etnik bənzərliyimizdir — Millət vəkili ( 15069145)
-
demokrat.az“Rusiyanın müəyyən dairələri bu münasibətlərə xələl gətirməyə çalışır”—Millət vəkilindən “suyu bulandıranlara”CAVAB ( 15063005)
-
xezerxeber.azQəzalı vəziyyətdə olan, plana düşən binalar nə vaxt söküləcək? - Proses niyə yubanır? VİDEO ( 15050513)
-
show.azBakirəliyini bərpa etdirib ərə gedən qızın yalanı belə ortaya çıxdı - Azərbaycanda rəzalət ( 15046625)
-
oxu24.com"Keşlə bazarı"nın yeni məkanından REPORTAJ - VİDEO ( 15030489)
-
moderator.azRusiyanın Ermənistanı cəzalandırması kimin marağına uyğundur? ( 15028723)
-
manset.az"Keşlə bazarı"nın yeni məkanından VİDEO ( 15027437)
-
day.az"Keşlə bazarı"nın yeni məkanından REPORTAJ - VİDEO ( 15026407)