DOST Mərkəzinin 962 396 manatlıq tenderi ləğv olunub
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən 6 saylı DOST Mərkəzinin xarici elektrik təchizatı işlərinin satın alınması üzrə tender ləğv edilib.
Reyting.az Pravda.az-a istinadla xəbər verir ki, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.