Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin xarici risklərlə bağlı hesabatında qeyd olunur.
Xidmət yaxın zamanda iki ölkə arasında qarşıdurma ehtimalının az olduğunu bildirib:
"Müxtəlif faktların, hadisələrin və məlumatların təhlilinə əsasən iki ölkə arasında irimiqyaslı hərbi qarşıdurma ehtimalı yoxdur. Lakin hələ də sülh müqaviləsinin imzalanmaması və dövlətlərarası münasibətlərin formalaşmaması səbəbində sərhəddə lokal toqquşma ehtimalının təzyiq üçün istifadəsi davam etdiriləcək".
Kəşfiyyat xüsusən "Zəngəzur dəhlizi" məsələsinin narahatedici olduğunu vurğulayıb.
Qeyd edək ki, bir çox ekspertlər Ermənistanın sürətlə silahlanması və sülh danışıqlarını uzatmasını revanş hazırlığı kimi qiymətləndirirlər. Erməni kəşfiyyatının bu müzakirələr fonunda belə hesabat yayması diqqət çəkir. (Globalinfo.az)