“Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı hələ planlaşdırılmayıb”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib.
O bildirib ki, dövlət başçıları arasındakı danışıqlar bir neçə saat ərzində koordinasiya edilir, ehtiyac olarsa, bu danışıqlar baş tutacaq.