Bakı. Trend:
Ucar Rayon Polis Şöbəsinə rayonun Qarabörk kəndi ərazisindəmüxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yerinəkeçirilən baxış zamanı 1 ədəd avtomat, 4 ədəd patron darağı və 117ədəd patron aşkarlanıb.
Bundan əlavə, aparılan profilaktiki tədbirlər nəticəsində rayonsakinlərindən 4 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi təhvilgötürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.