RU

"Sabah"In legioneri U-13-ün üzvləri ilə görüşdü

"Sabah"ın əsas komandanın müdafiəçisi Con İrasabal klubun Futbol Akademiyasının qızlardan ibarət U-13 komandası ilə görüşüb. 

Fanat.Az xəbər verir ki, məlumatı paytaxt klubunun mətbuat xidməti yayıb.

İspaniyalı futbolçu komandanın üzvləri ilə görüşdə onlara öz məsləhətlərini verib, azyaşlı futbolçular üçün maraqlı olan sualları cavablandırıb. Daha sonra komandaya hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Sabah”ın qızlardan ibarət U-13 komandası bu mövsümdə ilk dəfə çempionatda iştirak edir.

Избранный
39
5
fanat.az

6Источники