RU

Cinayət Məcəlləsində bir sıra dəyişikliklər ediləcək

Bakı. Trend:

Cinayət Məcəlləsində bir sıra dəyişikliklər ediləcək.

Trend xəbərverir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu günkeçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinin 228-ci maddəsiyeni redaksiyada veriləcək.

228-ci maddəyə görə, qanunsuz olaraq odlu silah, onun komplekthissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silahüçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirməiki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətəazadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdanməhrum etmə ilə cəzalandırılır.

Qanun layihəsinə görə, bu Məcəllənin 228.1-ci maddəsində nəzərdətutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkildəstə tərəfindən törədildikdə, tekrar törədildikdə, şəxs tərəfindənöz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ildən beşilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunsuzolaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsizodlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla),partlayıcı maddələri və qurğuları satma dörd ildən səkkiz ilədəkmüddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihəyə əsasən, bu Məcəllənin 228.3-cü maddəsində nəzərdətutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkildəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə,şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklətörədildikdə, tekrar törədildikdə, mediadan, o cümlədən internetinformasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiyaşəbəkələrindən istifadə etməklə törədildikd beş ildən on bir ilədəkmüddətə azadlıqdan məhrum ediləcək.

Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuqatıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyimləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlıolaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmisaatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətəislah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılmasıvə ya bir ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılacaq.

Qeyd edək ki, bu maddədə göstərilən əşyaları könüllü surətdətəhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinintərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

Избранный
29
3
az.trend.az

7Источники