RU

Avropa İttifaqı innovasiyalar və tədarük zəncirləri sahəsindəki perspektivləri genişləndirməlidir - Avrokomissar

Bakı. Trend:

Avropa bacarıqlar, tədqiqatlar və innovasiyalar baxımından mühümpotensiala malikdir.

Trend xəbərverir ki, bunu Avropa Komissiyasının Ticarət və İqtisadiTəhlükəsizlik üzrə ali nümayəndəsi Maroş Şefçoviç Davosda keçirilənDünya İqtisadi Forumunun “Avropanın gücünü necə nümayiş etdirək?”şüarlı sessiyasında çıxışı zamanı bildirib.

“Biz yüksək sosial standartları, güclü istehlak bazası vəbiliklər, tədqiqatlar və innovasiyalar baxımından böyük potensialıolan ən iri ticarət blokuyuq”, -deyə Şefçoviç bildirib.

O əlavə edib ki, ümumi tapşırıqların yerinə yetirilməsi üçün 27ölkənin bir araya gəlməsi blokun özünəməxsus cəhəti və əsasüstünlüyüdür. Bugün Avropa liderləri daha çox rəqabətqabiliyyətinin artırılması və bürokratik əngəllərin ixtisarınafokuslanıblar.

Şefçoviç həmçinin, Avropa ilə ticarət sazişləri bağlamaqda olanölkələrinin sayının artdığını xüsusi olaraq qeyd edib.

“Avropa – qanunun aliliyinə hörmətlə yanaşan, lokal investisiyaqoyan və birgə dəyərlər yaradan tərəfdaşdır”,- deyə o bildirib.

Ali nümayəndə məhz bu keyfiyyətlərin Avropa İttiqafının qlobalçağırışlarla üzləşmiş dünyadakı “vizit kartına” çevrildiyinidiqqətə çatdırıb.

O, həmçinin son dərəcə vacib xammal resurslarına əlçatarlığın vətexnologiyaların əhəmiyyətini vurğulayıb.

“Biz çiplər kimi vacib texnologiyaların, xarici podratçılaraötürlməsini yox, məhz Avropada hazırlanmasını təmin etməliyik.COVID-19 pandemiyası tədarük zəncirlərinin nə dərəcədə həssas olabiləcəyi baxımından bizə dərs oldu”,- deyə Şefçoviç bildirib.

Избранный
23
az.trend.az

1Источники