Fələstinin HAMAS hərəkatı yanvarın 25-də azad etməyi planlaşdırdığı girovların siyahısını sabah İsrailə təhvil verəcək.
Viral.az xəbər verir ki, bunu HAMAS-ın İordan çayının qərb sahilindəki bölməsinin rəhbəri Zaher Cabarin açıqlayıb.
Onun sözlərinə görə, tərəflər arasında baş tutan razılaşma İsrail tərəfinin bəzi pozuntularına baxmayaraq həyata keçirilir.
Son Yazılar:
- HƏMAS bu tarixdə girovların ikinci qrupunun siyahısını İsrailə verəcək
- “Qarabağ” – FCSB oyununda qapılara 4 qol vurulub
- Şahmat dünya çempionatı Qətərdə keçiriləcək
Zaher Cabarin onu da bildirib ki, Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə etmək üçün danışıqlar iki həftədən sonra başlayacaq.
Qeyd edək ki, məlumat HAMAS-ın “Telegram” kanalında verilib.