Yanvarın 24-də, günün ikinci yarısında Yer kürəsinin “hərarəti” qalxacaq.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və EA-nın Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında bildirilib.
Qeyd olunur ki, yanvarın 21-də Günəşdə baş verən “M4.3” partlayışından sonra alovlu kütlənin Yerə doğru irəliləməsi müşayiət edilib.