RU

Türkiyədə FETÖ əməliyyatları zamanı 70-dən çox şübhəli saxlanılıb

Bakı,TurkicWorld

Türkiyədə FETÖ-yə qarşı 23 şəhərdə keçirilən “CİPPLE-36” əməliyyatlarında 71 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

“Əməliyyatlar zamanı tutulan şübhəlilər təşkilatın mövcud strukturunda fəaliyyət göstərmək, sosial media hesabları vasitəsilə FETÖ təbliğatı aparmaq, cinayətlərindən axtarışda olublar",- deyə nazir bildirib.

Qeyd edilib ki, həyata keçirilən əməliyyatlar nəticəsində çoxlu təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.

Yerlikaya paylaşımında millətin birliyini, Türkiyə Cümhuriyyətinin bütövlüyünü, vətəndaşların əmin-amanlığını və rifahını hədələyən FETÖ xainlərinə qarşı mübarizəni davam etdirəcəklərini vurğulayıb.

Избранный
9
turkic.world

1Источники