Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəAbşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində sursat aşkar edilməsibarədə məlumat daxil olub.
Bu barədə Trend-ə FHN-nin mətbuat xidmətindən məlumatverilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli XilasetməXidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisəyerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxışzamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 1 ədəd DVM-78partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindənzərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.