RU

Uzun müddət oturmağın gizli təhlükəsi: DİQQƏTLİ OLUN

Mövcud sağlamlıq qaydaları vurğulayır ki, həftədə ən azı 150 dəqiqə orta və ya yüksək intensivlikli məşq etmək ürək xəstəliyi riskini azaldır. Lakin Massachusetts General Hospitalın alimləri idmanın gündəlik fəaliyyətin yalnız kiçik bir hissəsini təşkil etdiyinə və mövcud təlimatların hərəkətsizlik barədə adekvat xəbərdarlıq etmədiyinə diqqət yetiriblər.

News24.az xəbər verir ki, JACC elmi jurnalında dərc edilən araşdırmada İngiltərə biobankında qeydiyyatdan keçmiş təxminən 90 min insanın 7 illik sağlamlıq məlumatları araşdırılıb. 

Tədqiqatda iştirakçıların hərəkətləri biləklərinə taxılan akselerometrlərlə qeydə alınıb və hərəkətsizlik dövrləri ilə ürək xəstəlikləri arasındakı əlaqə araşdırılıb.

Tədqiqatın nəticələrinə görə, gündə 10,5 saatdan çox hərəkətsiz qalan şəxslərdə ürək çatışmazlığı, atrial fibrilasiya və miokard infarktı riskinin əhəmiyyətli dərəcədə artması müşahidə edilib. Xüsusilə hərəkətsiz qalma müddəti 10,5 saatı keçdikdə ürək çatışmazlığı riskində ciddi artım olduğu bildirilib.

Araşdırma, həftədə tövsiyə olunan 150 dəqiqə idman edən fərdlərin belə uzun müddət hərəkətsiz qalmasının ürək çatışmazlığı və ürək xəstəliyindən ölüm riskini azaltmaq üçün kifayət etmədiyini vurğulayıb.

Braun Universitetinin Ailə Təbabəti Departamentinin direktoru Çarlz İton, araşdırmanın nəticələrinin insanların daha aktiv həyat sürməli olduğunu bir daha göstərdiyini söyləyib.


Məryəm İlhamqızı

Избранный
8
news24.az

1Источники