Busaat.az xəbər verir ki, Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər İraq Kürd Regional Rəhbərliyinin (İKBY) Peşmərgə Xüsusi Qüvvələrinin komandanı general-mayor Mənsur Bərzanini qəbul edib.
Yaşar Gülər paytaxt Ankaraya rəsmi qonaq kimi gələn Bərzanini Baş Qərargah Rəisliyi mərkəzində hərbi mərasimlə qarşılayıb.
Mərasimdən sonra təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirilib.
Gülər və Bərzani ikitərəfli əlaqələr, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.