RU

"Ətağa sənin atandan yaxşı kişidir" dediyi iş yoldaşını QƏTLƏ YETİRDİ

Bakıxanov qəsəbəsindəki çörək zavodunda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elşən Məmmədovun barəsindəki hökmdən yenidən apellyasiya şikayəti verilib. 

News24.az Pravda.az-a istinadla  bildirir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclası fevralın 5-nə təyin edilib.

Şikayət hakim Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Məmmədovun 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd: Hadisə 2024-cü ilin aprelində paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsində Elşən Məmmədov işlədiyi "Bakıxanov" çörək zavodunda iş yoldaşı, 1990-cı il təvəllüdlü Etibar Salamzadə ilə mübahisə edib. Daha sonra hər ikisi zavoddan çıxaraq küçədə əlbəyaxa olub.

Elşən Məmmədov Etibar Salamzadəyə bıçaq zərbələri endirib. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onu da qeyd edək ki, tərəflər arasındakı mübahisəyə səbəb Elşən Məmmədovun Etibar Salamzadəyə "Ətağa sənin atandan yaxşıdır" deməsi olub. Daha sonra Etibar Salamzadə Elşən Məmmədovun atasını təhqir edib. Bununla tərəflər arasında sonu ölümlə nəticələnən mübahisə baş verib.

Elşən Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Избранный
14
3
news24.az

4Источники