RU

“Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədindən tamamilə geri çəkilə bilər” - Ermənistan XİN

“Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən tamamilə geri çəkilə bilər”.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.

“Əlbəttə, ideal dünyada hər bir ölkə öz sərhədlərinə nəzarət edə bilməlidir”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədlərini onilliklərdir ki, Rusiya hərbçiləri mühafizə ediblər.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
14
missiya.az

1Источники