RU

Hikmət Əlizadə : Azərbaycanda balıq ovuna qoyulan qadağanın vaxtı dəyişdirilməlidir

Xidmət rəisi bildirib ki, qlobal istiləşmənin nəticəsi olaraq balıqların kürü tökmə vaxtları erkənləşib.

"Dünyada baş verən qlobal istiləşmənin nəticəsi olaraq balıqların kürü tökmə vaxtları erkənləşib. 30 il əvvəl bu may-iyun aylarına təsadüf edirdisə, hal-hazırda mart-aprel aylarına təsadüf edir. Bu müşahidə dəfələrlə balıqçılar tərəfindən aparılıb. Qadağa olunmalıdır, bu vacibdir. Lakin qadağanın may-iyun aylarında olması heç bir fayda vermir. Qadağanın mart-aprel aylarında olması daha effektiv olardı".

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

"May ayından sentyabr ayına qədər qadağa mövcud balıqçılıq haqqında qanundan irəli gəlir. Həmin qanunda olan bir müddəadır. Bu qanunun tələbləri müvafiq mütəxəssislərin uzun illər ərzində apardığı müşahidələrin, tədqiqatların və təhlillərin nəticəsində formalaşıb. Əgər vətəndaşın əlində tutarlı faktlar varsa və bunu elmi əsaslarla sübut edə bilərsə, təbii ki, o, təşəbbüslə çıxış edə bilər müvafiq qurumların qarşısında və buna baxıla bilər. Bir daha qeyd edirəm ki, elmi əsaslarla təqdim edilməlidir. Balıqçılıq haqqında qanun 1999-cu ildə qəbul edilib və keçən müddətdə dəfələrlə müvafiq dəyişikliklərə məruz qalıb. Yəni bu, elə bir akt deyil, qanun deyil ki, ona heç bir dəyişiklik edilməyib və edilə bilməz. Yəni tutarlı əsaslar təqdim edilərsə, bu məsələyə baxıla bilər", - o, qeyd edib.

Избранный
9
operativmedia.az

1Источники