Ölən 757 hərbçinin cəsədi Ukraynaya qaytarılıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Hərbi əsirlərlə rəftar üzrə koordinasiya Qərargahı məlumat yayıb. Bildirilib ki, ölənlərin ən çoxu (451 nəfər) Donetsk istiqamətində döyüşüb. Daha 137 cəsəd Zaporojye, 71-i Baxmut, 51-i Uqledar, 13-ü isə Luqansk istiqamətindən qaytarılıb. Koordinasiya Qərargahı ayrıca qeyd edib ki, 34 mərhum Rusiya morqlarında qaytarılıb. Qərargahın məlumatına görə, cəsədlərin qaytarılması Ukraynanın bir sıra idarə və strukturlarının birgə işi, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımı sayəsində mümkün olub. Yaxın vaxtlarda müstəntiqlər ekspertlərlə birlikdə mərhumun şəxsiyyətini müəyyənləşdirəcəklər. Rusiya tərəfi hələlik mübadilə barədə rəsmi açıqlama verməyib. Bununla belə, “Voennıy osvedomitel” telegram kanalının məlumatına görə, 49 əsgərin cəsədi Rusiyaya qaytarılıb. Xatırladaq ki, əvvəlki cəsəd mübadiləsi 20 dekabr 2024-cü ildə baş tutub. Onun çərçivəsində Ukraynaya 503, Rusiyaya 42 cəsəd qaytarılıb.