RU

Elm və təhsil nazirinin müavini Pakistanda səfərdədir

Elm və təhsil nazirinin müavini Həsən Həsənli 23-24 yanvar 2025-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində səfərdədir.

Elm ve tehsil nazirliyinden APA-ya verilen məlumata görə səfər çərçivəsində H. Həsənli Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclasında iştirak edib.

İclasda çıxış edən Həsən Həsənli iki ölkə arasında elm və təhsil sahəsi üzrə əməkdaşlığın cari vəziyyəti, Azərbaycanda təhsil alan 1300-dən çox pakistanlı tələbə, əcnəbi tələbələr üçün təhsil alma imkanları, o cümlədən elmi və ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi bir sıra mühüm məsələlərə toxunub.

Qeyd edək ki, sözügedən iclas zamanı siyasi, sosial, iqtisadi və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb, iclasın yekununa dair protokolda iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlər öz əksini tapıb.

Həmçinin səfər çərçivəsində Pakistan İslam Respublikasının prezidenti Asif Əli Zərdari və Baş naziri Mian Məhəmməd Şahbaz Şərif Azərbaycan nümayəndə heyətini qəbul edib.

Elm Elm
Избранный
35
5
apa.az

10Источники