RU

Almaniyadakı məscidlərdə bomba XƏBƏRDARLIĞI EDİLDİ

Almaniyada bir neçə məsciddə bomba xəbərdarlığı edilib.

Bizim.Media xəbər verir ki, bu barədə naməlum şəxs Almaniyanın Duysburq şəhərində Dəyanət İşləri Türk İslam Birliyinin (DİTİB) Mərkəzi məscidinin elektron ünvanına məktub göndərib.

Həmin şəxs şəhərdəki məscidə bomba yerləşdirdiyini və günorta saatlarında partladacağını qeyd edib.

Dərhal əraziyə xeyli sayda polis əməkdaşları cəlb olunub, məscid boşaldılıb və axtarış aparılıb. Əməliyyat nəticəsində məsciddə hər hansı partlayıcı maddə aşkarlanmayıb.

Eyni məzmunlu xəbərdarlıqlar Essen və Köln şəhərlərindəki DİTİB Mərkəzi məscidlərinə də göndərilib. Həmin məscidlərdə də polis tərəfindən axtarışlar aparılıb və bomba aşkar edilməyib.

Bizim.Media

Избранный
6
7
bizim.media

9Источники