RU

Zahanın MLS klubuna keçidinin detalları bəlli oldu

Mövsümün əvvəlində ''Qalatasaray''ın ''Lion''a icarəyə verdiyi Uilfrid Zahanın Fransada da ümidləri doğrultmadığını və Amerikaya yollanmaq üzrə olduğunu xəbər vermişdik.

''Football-plus.az'' xəbər verir ki, təcrübəli vingerin MLS təmsilçisi ''Şarlott''a transferi artıq rəsmiləşib və keçidin detalları da bəlli olub. ''Qalatasaray''dan verilən açıqlamada ''Şarlott''un 2,8 milyon dollar qarşılığında Zahanı 2026-cı ilin yanvarın 17-nə qədər icarəyə götürdüyü qeyd olunub.

Zahanın ''Qalatasaray''da illik qazancı 4,35 milyon avrodu və rəsmi açıqlamada həm də bildirilib ki, futbolçu bu məbləğin 2,37 milyon avrosundan imtina edib! Zaha yeni klubunda MLS-də 15 oyuna çıxacağı və ya dekabrın 15-nə qədər ''Qalatasaray''a yazılı şəkildə müraciət edəcəyi təqdirdə onun ''Şarlott'' ilə icarəsinin müddəti 2026-cı ilin iyunun 30-na qədər uzadılacaq. Belə olan təqdirdə ''Şarlott'' İstanbul nəhənginə daha 1,3 milyon dollar ödəyəcək və Zaha məvacibinin daha 800 min avroluq hissəsindən imtina etmiş olacaq.

Bundan başqa müqavilədə 2025-ci il üçün maksimum 1,1 milyon dollara bərabər olan bonus şərtləri də mövcuddu.

Xatırladaq ki, ''Qalatasaray''ın ötən mövsümkü çempionluğunda müəyyən pay sahibi olmasına baxmayaraq Okan Burukla ulduzu barışmayan 32 yaşlı futbolçunun klubla hələ 2026-nın yayına qədər müqaviləsi var.

ƏLİ

Избранный
23
17
football-plus.az

10Источники