RU

Güləşçilərimizdən iki medal

Bolqarıstanın Varna şəhərində “Dan Kolov – Nikola Petrov” turnirinə start verilib.

İdman.biz xəbər verir ki, idmançlarımız yarışa uğurlu başlayıblar.

İki idmançımız fəxri kürsüdə yer alıb. Sadiq Mustafazadə (92 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə ilk turda israilli Uri Kalaşnikova qalib gəlib – 7:4. Həmyerlimiz ikinci turda bolqarıstanlı Radomir Stoyanova heç bir şans tanımayıb – 18:6. Mustafazadə üçüncü turda amerikalı Erik Şultsla gərgin keçən görüşdə minimalhesablı qələbə qazanıb – 8:7. Sonuncu turda gürcüstanlı Sandro Kuraşviliyə 2:5 hesabıyla uduzan Sadiq ənənəvi yarışda gümüş medal qazanıb.

Ceyhun Allahverdiyev (61 kq) təsnifat mərhələsində bolqarıstanlı Dimitar Biserkova (10:0), 1/4 finalda isə Nahşon Qarretə (15:5) tam üstünlüklə qalib gəlib. Yarımfinalda digər ABŞ təmsilçisi Devan Törnerə 2:4 hesabıyla məğlub olan Ceyhun bolqarıstanlı Denis Naimi vaxtından əvvəl (10:0) üstələyərək turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, turnirə bazar günü yekun vurulacaq.

İdman.biz

Избранный
12
11
idman.biz

9Источники