RU

Yeni ildə yanıq xəsarətləri almışdı - xəstəxanada öldü

2024-cü ilin dekabrın 31-də Sumqayıtda ehtiyatsızlıq nəticəsində yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Kottec qəsəbəsində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıb.

O dərhal xəstəxanaya çatdırılıb. Aparılan müalicələrə baxmayaraq, Sahibə Hüseynova bu gün xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır. /Report

Milli.Az

Избранный
13
50
milli.az

10Источники