RU

Tbilisidə ictimai nəqliyyata kiberhücum: “Anonymous” məsuliyyəti üzərinə götürdü

“Anonymous” haker qruplaşması ötən gün Tbilisinin ictimai nəqliyyatında ödəniş sisteminə kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qruplaşmanın “X” hesabında bildirilib.
Kiberhücumun “Anonymous”la bağlı olan gürcü hakerlərin həyata keçirdiyi vurğulanıb.
Qeyd edək ki, “Anonymous” Tbilisidə etirazların yatırılmasına cavab olaraq ötən ilin dekabrın 5-də Gürcüstan hökumətinə “kibermüharibə” elan edib.
Xatırladaq ki, Tbilisinin ictimai nəqliyyatında ödəniş sistemində nasazlıq ötən gün səhər saatlarında yaranmışdı.

Ödəniş qurğularından hökumət əleyhinə şüarlar, Gürcüstan himni və ölkənin gələcəyini Avropada görən gürcü siyasi xadimlərinin tarixi çıxışlarından hissələr səslənib.
Faktla bağlı “kompüter sisteminə icazəsiz müdaxilə” maddəsi üzrə cinayət işi açılıb. Bu cinayət əməlinə görə cərimə, ağırlaşdırıcı hallar olduqda isə altı ilədək həbs cəzası nəzərdə tutulur.


Müəllif: Cəmilə Babayeva
Избранный
11
teleqraf.com

1Источники