İngiltərənin “Liverpul” klubunda dekabrın ən yaxşı futbolçusu bəlli olub.
Msport.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bu ada Məhəmməd Salah layiq görülüb.
Misirli forvard ardıcıl üçüncü dəfə ayın oyunçusu adını qazanıb. O, avqustda da oxşar səsvermədə qalib gəlib.
Qeyd edək ki, 32 yaşlı forvard dekabrda “mersisaydlılar”ın heyətində bütün yarışlar daxil olmaqla 7 matçda 8 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.