RU

HƏMAS bəyanat yaydı: Müqavimət qüvvələri İsrail qarşısında məğlub olmayacaq

HƏMAS bəyan edib ki, İordan çayının qərb sahilindəki Cenin şəhərinə ardıcıl dördüncü hücum olub. Qeyd olunub ki, müqavimət qüvvələri İsrailin artan təzyiq və gərginliyinə baxmayaraq məğlub olmayacaq.

Publika.az xəbər verir ki, bununla bağlı HƏMAS lideri Əbdülrəhman əş-Şədid açıqlama ilə çıxış edib.

O bildirib ki, İordan çayının qərb sahilindəki, xüsusən də Cenin bölgəsindəki Fələstin müqaviməti hər gün edilən basqınlara, həbslərə və hücumlara baxmayaraq, İsrail qarşısında iradəsi qırılmayacaq.

Qeyd edək ki, yanvarın 19-u bazar günü Qəzzada atəşkəsin qüvvəyə minməsindən sonra İsrail ordusu 21 yanvar çərşənbə axşamı günü işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə "Dəmir Divar" adlı hücuma başlayıb.

Избранный
24
29
publika.az

10Источники