RU

Tramp Baş nazirdən Qrelandiyanı verməyi tələb edib - "Onların söhbəti dəhşətli idi..."

ABŞ Prezidenti Donald Tramp Danimarkanın Baş naziri Mette Frederiksen ilə 45 dəqiqəlik telefon danışığı zamanı Qrenlandiyanın ABŞ-a təhvil verilməsini tələb edib.

"AzPolitika" xəbər verir ki, "Financial Times" qəzeti bu barədə Avropanın indiki və keçmiş beş yüksək vəzifəli məmurlarına istinadən yazıb.

"Onlar söhbətin “çox pis” getdiyini, baş nazirin hərbi bazalar və faydalı qazıntıların işlənməsi üzrə daha sıx əməkdaşlıq təklifinə baxmayaraq, adanın satılmadığını deməsindən sonra Trampın aqressiv və qarşıdurma nümayiş etdirdiyini söylədilər", - qəzet yazır.

Müsahiblərdən biri söhbəti "dəhşətli idi" deyə təsvir edib.

“O, çox qərarlı olub və dedikləri "soyuq duş" effekti yaradıb. Əvvəllər bunu ciddi qəbul etmək çətin idi. Amma düşünürəm ki, bu iddia ciddi və potensial olaraq çox təhlükəlidir” – deyə, keçmiş Danimarka rəsmisi vurğulayıb.

Danimarka Baş nazirinin ofisi jurnalistlərə bildirib ki, “anonim mənbələrin yaydığı iddiaları şərh etmirlər.

"AzPolitika.info"

Избранный
17
7
azpolitika.info

6Источники