RU

Qardaşının ardınca: Üçqat Olimpiya çempionu da karyerasını bitirir

Üçqat Olimpiya çempionu Tarey Be 2024/25 mövsümü başa çatdıqdan sonra karyerasını başa vurduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, 36 yaşlı biatlonçu Antholzda keçirilən Dünya Kubokunun 6-cı mərhələsində sprint yarışında qalib gəldikdən sonra canlı yayımda karyerasını bitirəcəyini açıqlayıb.

“Özümə söz vermişdim ki, növbəti Dünya Kubokunda qələbədən sonra təqaüdə çıxacağımı elan edəcəyəm. Bir çox insan Olimpiada haqqında danışır, amma bütün qışı hiss etdim ki, indi təqaüdə çıxmaq üçün doğru vaxtdır. Bu mövsüm hələ də dünyanın ən yaxşı biatlonçularından biri idim və karyeramı bu səviyyədə başa vurmaq istəyirəm. İndi Gita (həyat yoldaşı-red.) və evdə olanlarla daha çox vaxt keçirmək istəyirəm”, – NRK Taryenin sözlərindən sitat gətirib.

Избранный
20
publika.az

1Источники