RU

“Səyyar teatr kənd məktəblərində” layihəsi: Teatrın bərpası və kənd məktəblərində istedadların kəşfi - FOTO

Tovuz rayonu Hacıhəsənli kənd Y. Alıyev adına tam orta ümumtəhsil məktəbinin direktor müavini, tarix müəllimi və STEAM müəllimi Elçin Rzayev, TəhsilForumu.Az-a verdiyi müsahibəsində rəhbəri olduğu “Səyyar teatr kənd məktəblərində” layihəsi haqqında məlumat verib. Layihənin məqsədi və həyata keçirilməsi barədə danışan müsahibimiz bildirib ki, Azərbaycanda 2006-cı ildən etibarən təhsildə inkişaf və innovasiyalar üzrə Grant müsabiqələri təşkil olunur. Elm və Təhsil Nazirliyinin rəhbərliyi altında keçirilən bu müsabiqələrdən 2024-cü ildə "Səyyar teatr kənd məktəblərində" adlı layihəsi qalib olub. Qazax-Tovuz Regional İdarəsindən 2024-cü ildə 5 rayon üzrə 26 layihə qalib olub və Tovuz rayonu üzrə 5 layihə seçilib, onlardan biri də Elçin Rzayevin layihəsidir.- Layihənin icrasına harada və necə start verdiniz?"Səyyar teatr kənd məktəblərində" layihəsi ilk dəfə olaraq kənd məktəblərində həyata keçirilməyə başlandı. Layihə noyabr ayının əvvəlində elan olundu və dərhal təlimlərə başlandı. Layihənin əsas məqsədi, kənd məktəblərində teatr mədəniyyətinin inkişafını təmin etməkdir. Teatr, mədəniyyətin vacib bir hissəsidir və Azərbaycanda XIX əsrdə teatra böyük marağa səbəb olmuşdur. Lakin, son dövrlərdə teatr ənənələrinin yox olma təhlükəsi ilə qarşı-qarşıya olduğunu nəzərə alaraq, məhz bu sahəni yenidən canlandırmaq məqsədilə sözügedən layihəni hazırladım.- Layihədən əsas gözləntiləriniz nələrdir?Bu layihə Tovuz rayonunun 4 kənd məktəbində həyata keçirilir: Qalaboyun, Soflar, Kirən kənd məktəbi və Hacıhəsənli kənd orta məktəblərində gerçəkləşdirildi. Layihənin əsas məqsədi, şagirdlərdən ibarət peşəkar teatr qrupunun yaradılmasıdır. Bu qrup, bölgəmizdə itmiş teatr ənənələrini bərpa edəcək və rayon məktəblərində teatr sənətini yaşadacaq. Layihə çərçivəsində, həmçinin aktyorluq, vokal, rəqs və xanəndəlik sahələrində istedadı, potensialı olan şagirdlərin tanınması təmin ediləcək."Səyyar teatr kənd məktəblərində" layihəsindən şagirdlərə töhfə Artıq bir neçə şagird teatrın müxtəlif sahələrində - xanəndəlik və aktyorluq sahələrində inkişaf edərək fərqləniblər. Bu şagirdlər artıq müxtəlif səhnəciklərin canlandırılmasında yaxından iştirak edirlər. Layihənin bir başqa uğuru isə, kənd məktəblərindəki şagirdlərin rayon və region məktəblərində tanınmasıdır. Bu, yalnız teatr sənətinin inkişafı üçün deyil, həm də ümumilikdə, mədəniyyətimizin gələcəyini formalaşdıran gənc istedadların kəşf edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.Aymirə Ağamirova TehsilForumu.Az 

Избранный
22
43
tehsilforumu.az

10Источники