RU

Daha bir TƏYYARƏ QƏZASI: Bu dəfə ildırım vurdu - VİDEO

Braziliyanın San-Paulu hava limanında “British Airways”ə məxsus “Airbus A350” sərnişin təyyarəsini ildırım vurub.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, San Paulo Quarulhos Beynəlxalq Hava Limanında (GRU) olarkən hələ havaya qalxmadan Airbus A350-1041 təyyarəsinin şaquli stabilizatorunun yuxarı hissəsini ildırım vurub.

Yerli vaxtla saat 16:20-də London Hitrouya (LHR) uçması planlaşdırılan təyyarə reysi bu hadisədən sonra təxirə salınıb. Hadisə hava gəmisi hərəkətlənmədən öncə baş verdiyindən xəsarət alan olmayıb.

Təyyarə texniki yoxlamalardan keçirildikdən sonra uçuşa davam edəcək.


Bizim.Media

Избранный
980
27
bizim.media

10Источники