Amerikalı milyarder İlon Mask radikal sağçı Almaniya üçün Alternativ (AFD) Partiyasının seçki kampaniyasının toplantısında onlayn iştirak edib.
Axar.az xəbər verir ki, toplantı iştirakçılara müraciət edən Mask AFD-nin Almaniyanın ümidi olduğunu deyib.
Alman olmaqdan qürur duyduğunu deyən Mask AFD və bu partiyanın seçki proqramını tərifləyib:
"Almaniyanın böyük gələcəyi üçün mübarizə aparın”.
Qeyd edək ki, Mask Donald Trampın andiçmə mərasimindən sonra nasist salamına bənzədilən jestlə gündəmə gəlmişdi.