RU

Haland: “Qvardiola bəzi xüsuslarda məni qıcıqlandırır”

“Mançester Siti”nin norveçli qolçu hücumçusu Erlinq Haland “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola haqda fikri ilə diqqət çəkib.

Arena.az “CBS Sports” şəbəkəsinə istinadən məlumat verir ki, norveçli ulduz bəzi xüsuslarda ispan mütəxəssisin onu qıcıqlandırdığını etiraf edib:

“Bəli, bəzi xüsuslar var. Hamısı ona görədir ki, o, təfərrüatı xoşlayan bir kimsədir. Məhz kiçik xüsuslara bu sevgisi onu azacıq qıcıqlandırıcı edə bilər. Qvardiola sizə iyirmi dəfə təkrarlayacaq: “Bunu et, bunu et, bunu et”. Cavabında “mən bunu edirəm”, deməkdən başqa bir xüsus qalmır”, deyə norveçli forvard təbəssümlə bildirib.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.
Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 30 oyuna çıxıb, 23 qol vurub, 1 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 128 oyun, 113 qol və 15 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 39 oyuna 38 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Halandın dünyanın ən bahalı iki futbolçusundan biri olduğu deməkdir (digəri “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Juniordur).

Избранный
10
1
arena.az

10Источники