RU

AÇ-nin ilkin mərhələsi: Azərbaycan millisi ikinci matçına çıxacaq

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının ilkin mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Fanat.Az xəbər verir ku, B qrupunda yer alan təmsilçimiz San Marinodan olan həmyaşıdları ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, U-19 ötən gün Kosovonu 4:1 hesabı ilə üstələyib. Yalnız birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Bu raundun görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.

Избранный
28
15
fanat.az

10Источники