Qış fasiləsində “Qarabağ”dan “Flamenqo”ya keçən Juninyo yeni komandasında debüt edib.
QOL.az xəbər verir ki, braziliyalı hücumçu Quanabara Kubokunun qrup mərhələsinin 5-ci turunun “Volta Redondo” ilə görüşündə meydana çıxıb.
Matça ehtiyatda başlayan 28 yaşlı forvard 60-cı dəqiqədə - komandası 2:0 öndə olarkən Beyni Henrikenin əvəzinə meydana daxil olub.
Rəqibini 2 cavabsız qolla üstələyən “Flamenqo” xallarını 7-yə çatdıraraq, yarımfinala vəsiqəni təmin edib.
Qeyd edək ki, Juninyo “Flamenqo”ya 5 milyon avro təzminat qarşılığında keçib.