"Bəli, biz ukraynalılarla müəyyən əlaqələr saxlayırıq".
“İki sahil” xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
"Biz bunu ayrıca etmirik, ruslar bunu bilirlər", - Belarus lideri əlavə edib.
Lukaşenko əsirlərin və ölənlərin mübadiləsinin məhz Belarus ərazisində olduğunu vurğulayıb.
"Biz mübadilələr və dialoqlar aparırıq. Lazım olan yerdə humanist şəkildə", - Lukaşenko deyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”