25-26 yanvar tarixlərində keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı kişi atletlərin yarışı ilə davam edib. İkinci yarış günü daha 5 çəki dərəcəsində qalib və mükafatçıların adlarına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində Səid Mahmudov toplamda 171 kq (76 kq+ 95 kq) nəticə ilə çempion adını qazanıb. Feyzulla Rüstəmov toplamda 168 kq (74 kq + 94 kq) nəticə ilə ikinci olub. Rəhman Mərdəliyev toplamda 164 kq (73 kq+ 91 kq) nəticə ilə ən güclü üçlüyü tamamlayıb.
61 kq çəki dərəcəsində Amin Osmanov toplamda 231 kq (105 kq+126 kq) nəticə ilə çempion adını qazanıb. Murad Həsənli toplamda 220 kq (100 kq+120 kq) nəticə ilə ikinci olub. Canpolad Rəfiyev toplamda 211 kq (90 kq+121 kq) nəticə ilə ən güclü üçlüyü tamamlayıb.
67 kq çəki dərəcəsində Tehran Məmmədov toplamda 277 kq (125 kq+152 kq) nəticə ilə çempion adını qazanıb. Elşan Məmmədov toplamda 268 kq (125 kq + 143 kq) nəticə ilə ikinci olub. Fuad Həsənov toplamda 256 kq (121 kq+ 135 kq) nəticə ilə ən güclü üçlüyü tamamlayıb.
73 kq çəki dərəcəsində İsa Rüstəmov toplamda 328 kq (146 kq+182 kq) nəticə ilə çempion adını qazanıb. Paşa İbrahimli toplamda 305 kq (145 kq + 160 kq) nəticə ilə ikinci olub. Qasım İsmayılov toplamda 277 kq ( 121 kq+ 156 kq) nəticə ilə ən güclü üçlüyü tamamlayıb.
81 kq çəki dərəcəsində Elxan Əliquluzadə toplamda 325 kq (155 kq+ 170 kq) nəticə ilə çempion adını qazanıb. Ravin Alməmmədov toplamda 305 kq (145 kq + 160 kq) nəticə ilə ikinci olub. Dilavər Süleymanov toplamda 235 kq ( 105 kq+ 130 kq) nəticə ilə ən güclü üçlüyü tamamlayıb.
İdmançılara mükafatları Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və AAF-ın İdarə Heyətinin üzvləri Maksim Cavadovla Fəxri Mehdiyev təqdim ediblər.
Cüdoçular üçün kəmər dərəcələri üzrə rəsmi imtahanlar keçiriləcək
Bakı birinciliyinə yekun vurulub
Cüdo üzrə Bakı birinciliyi baş tutacaq
Ölkə birinciliyində komanda yarışları baş tutub
Ölkə çempionları bəlli olub