RU

Biləsuvarda qisas üstündə baş verən bıçaqlanma hadisəsinin DETALLARI VİDEO

Biləsuvarda gənc oğlan mikroavtobusda bıçaqlanıb.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Aranlı kəndində qeyə alınıb. Çinarlı kənd sakini 24 yaşlı Orxan Abdullazadə 19 yaşlı Vadər Həmidlini bıçaqlamaqda şübhəli bilinir. Zərərçəkən Vadərin anasının iddiasına görə, hadisə qisas zəminində törədilib.

Bıçaq xəsarəti alan yaralı Biləsuvar rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Orxanla Vadər yaxın qohumdurlar. Vadər Həmidlinin atası Cavid Həmidov bir müddət öncə bacısının həyat yoldaşı Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
8
13
xezerxeber.az

10Источники