Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində şanlı Azərbaycan Ordusu 2020-ci il senytabrın 27-də əks-hücum əməliyyatına başladı. Metbuat.az xəbər verir ki, əsgər və zabitlərimizin sayəsində qazanılan qələbə ilə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi tarixə qovuşdu. Azərbaycan Ordusu 44 günlük haqq savaşında qanı ilə tarix yazdı.O tarix ki, Zəfər səhifələrini bəzədi. Bu gün vətəndaş olaraq hər birimiz qürurla söylədiyimiz o tarixi Qələbəni bizə bəxş edən oğullarımızan biri də şəhid Axundzadə Kənan Hamil oğludur.Kənan, 1994-cü il avqustun 2-də Lənkəran şəhərinin Girdəni kəndində anadan olub. 2001-2012-ci illərdə Girdəni kənd orta məktəbində təhsil alan qəhrəmanımız, 2012-ci ildən Murovda N saylı hərbi hissədə xidmətə başlayıb.Hərbi Xidmətdə olduğu dönəmdə atasının ölüm xəbəri belə onu Vətən sevgisindən, Vətən eşqindən döndərə bilməyib. Qətiyyətli iradəsiylə hərbi xidmətini qüsursuz şəkildə başa vuran Kənan, 2014-cü ildə doğma kəndi Girdəniyə qayıdıb.6 il sonra 2020-ci ilin avqust ayından müddətdən artıq hərbi xidmət keçmək məqsədi ilə yenidən ordu sıralarına qayıdıb.Vətən müharibəsinin ilk günlərindən cəsurluğu, qorxmazlığı, igidliyi ilə seçilən Kənandöyüş yoldaşları arasında “Rembo” ləqəbi ilə tanınıb. Kənanın qorxmazlığı özünü 2020-ci ilin 30 oktyabrnda daha da şiddətli şəkildə göstərdi.Döyüşün ən qızğın vaxtında, səngərdən çıxaraq düşmənin üzərinə yeridi. Bir neçə düşmən əsgərini məhv etdi. Elə bu an qarşı tərəfdən açılan atəş nəticəsində sinəsindən güllə yarası alaraq müqəddəs şəhidlik zirvəsinə ucaldı.Torpaqlarımızın azadlığı uğrunda qanı ilə tarix yazan, Vətən Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad edilməsinə gorə" və "Xocavəndin azad edilməsinə gorə" medalları ilə təltif edilib.