RU

ABŞ Kolumbiya mallarının idxalına əlavə rüsumlar tətbiq edəcək

ABŞ hökuməti miqrantları qəbul etməkdən imtina etdiyi üçün Kolumbiyadan idxal olunan mallara 25% rüsum tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında bildirib.

"ABŞ-a Kolumbiyadan daxil olan bütün mallara 25% fövqəladə rüsumlar. Bir həftə ərzində 25%-lik rüsumlar 50% -ə qədər artırılacaq", - deyə o bildirib.

Onun mesajında Kolumbiyaya xəzinə, bank və maliyyə sanksiyalarının tətbiq ediləcəyi bildirilib.

Bundan əlavə, Kolumbiya dövlət rəsmiləri və məmur şəxslərin ABŞ-yə girişinə məhdudiyyətlər, həmçinin Kolumbiya hökumətini dəstəkləyən şəxslərə viza məhdudiyyətləri tətbiq ediləcək.

ABŞ prezidenti həmçinin milli təhlükəsizlik səbəbilə Kolumbiya vətəndaşları və yükləri üzərində sərhəd və gömrük nəzarətini artırmağı əmr edib.

Избранный
9
22
apa.az

10Источники