Demokrat.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək iclasda təqsirləndirilən şəxslərin əvvəlki prosesdə qaldırdıqları vəsatətlər üzrə qərar elan ediləcək.
Yeni “Nürnberq prosesi”ndə müttəhim kürsüsündə Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiy əyləşir.
Əvvəlki iclasda Arayik Harutyunyan istisna olmaqla digərləri barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişdilər.
Bu gün məhkəmə sözügedən vəsatətlərlə bağlı qərarını açıqlayacaq, daha sonra işin məhkəmə baxışına verilməsi müzakirə ediləcək.
Bu gün Ruben Vardanyanın da növbəti məhkəməsi baş tutacaq. Bu iş də hazırlıq mərhələsindədir.
Bütün təqsirləndirilənlər yeni yaradılmış Hövsan Məhkəmə Kompleksində mühakimə edilirlər.
7Источники
-
cebheinfo.azBu gün onların məhkəməsi davam edəcək ( 15055701)
-
news365.azBu gün onların məhkəməsi davam edəcək ( 15055123)
-
azxeber.comBu gün onların məhkəməsi davam edəcək ( 15054999)
-
olke.azBu gün onların məhkəməsi davam edəcək ( 15054507)
-
xezernews.azBu gün onların məhkəməsi DAVAM EDƏCƏK ( 15054381)
-
demokrat.azBu gün onların məhkəməsi davam edəcək ( 15054049)
-
qafqazinfo.azBu gün onların məhkəməsi davam edəcək ( 15053877)