RU

240 milyon ilinə bərabər YOLÇULUQ: Kainatın çox kiçik nöqtəsi – FOTO

Belə təsəvvür olunur ki, bütövlükdə Kainatda bizim Günəş sistemi nəzərə çarpmayan, heç görünməyən bir varlıqdır. Kainatın çox kiçik nöqtəsi olan bizim Samanyolu (Südyolu) Qalaktikamızda isə Günəş sistemimizi bütövlükdə çox kiçik nöqtə kimi tapmaq olur. Belə ki, Samanyolu Qalaktikasını Avstraliya qitəsi həcmində təsəvvür etsək, bizim Günəş sistemimiz onun səthinə düşüb itmiş 3 qəpiklik boydadır, axtar ki, tapacaqsan. Amma bu kiçiklik, gör nə qədər böyükmüş.

Əgər 100 km/saat sürətlə gedən avtomobillə Yer kürəsini fasiləsiz, kəsə yolla bir dövrə fırlanası olsaq, bu, 18 gün çəkər. Yaxşı, bəs onda bizə ən yaxın səma obyekti olan Aya necə? Ayla aramızda 384 400 km məsafə var. Bu məsafəni həmin sürətlə 6 aydan bir az çox vaxta qət edərdik. Günəşin yanına isə həmin sürətlə 177 ilə gedə bilərdik. Təyyarə ilə bu məsafəni 19 ilə qət etmək mümkündür.

240 milyon ilinə bərabər YOLÇULUQ: <span style=color:red>Kainatın çox kiçik nöqtəsi - FOTO

Günəş sistemi haləsinin kənarındakı Neptun planetinə necə? Oraya da 100 km/saat sürətlə fasiləsiz 5 min ildən çox bir vaxta, təyyarədə isə 600 ilə getmək olar. Bizə ən yaxın ulduz “Proksima Sentavr” adlanır. O, bizdən 4,2 işıq ili məsafədədir. Oraya getmək üçun 100 km sürətlə fasiləsiz 47 milyon, təyyarədə isə 5 milyon ilə getmək olar.

Son elmi araşdərmlara görə, təkcə bizim Qalaktikamızda 400 milyarddan çox ulduz var. Bizim doğma Qalaktikamızın bu başından o başına 120 min işıq ili, eninə isə min işıq ili məsafədir. Günəşdən min işıq ili qədər uzaqlaşa bilsəydik, bu, Samanyolu Qalaktikasının heç bir faizlik məsafəsi də deyil.

240 milyon ilinə bərabər YOLÇULUQ: <span style=color:red>Kainatın çox kiçik nöqtəsi - FOTO

Yeri gəlmişkən, onu da qeyd edim ki, Günəş özünə məxsus planetlərini (həm də bizi) öz ətrafında firlada-fırlada, içində olduğu Süd yolu (Samanyolu) Qalaktikasının mərkəzi ətrafında saniyədə 220 km sürətlə irəliləyir. Bu yolçuluğun bir ili Yerin 240 milyon ilinə bərabərdir. Bizim bu gözəl Yerimiz də Günəş ətrafında saniyədə 29, 8 km sürətlə, il ərzində 940 milyon km məsafə qət edir. Bizi içində barındıran Süd yolu Qalaktikası isə Kainatın mərkəzi ətrafında saniyədə 600 km sürətlə uçur!

Bütün səma cisimləri kimi Yer də öz oxu ətrafında – ekvatorda saniyədə 464 metr (cənub və şimal enliyində saniyədə 250 metr, qütblərin təpəsində isə sıfır) sürətlə firlanır.

Mahir BAYRAM

Medianews.az

Избранный
10
medianews.az

1Источники