RU

Boliviyada avtobus aşdı: Çox sayda ölən var

Boliviyada sərnişin avtobusu körpüdən aşıb.

hakimiyyet.az-ın xəbərinə görə, bu barədə "El Deber" qəzeti məlumat verib.

Məlumata görə, nəticədə 19 nəfər ölüb, doqquz nəfər yaralanıb. Ölənlərdən 14-nün qadın, üçünün kişi, həmçinin birinin qız və birinin oğlan uşağı olduğu bildirilib.

"Polis zərərçəkənlərin xilas edilməsi ilə bağlı işlərini davam etdirir, ona görə də ölənlərin sayının artacağı istisna olunmur", - deyə məlumatda qeyd edilib.

Qəzanın başvermə səbəbləri arasında nəqliyyat vasitəsinin yüksək sürətlə hərəkəti, həmçinin 24 yaşlı sürücünün səriştəsizliyi göstərilir.

Boliviyada avtobus aşdı: Çox sayda ölən var

Избранный
20
14
hakimiyyet.az

10Источники