Boliviyada sərnişin avtobusu körpüdən aşıb.
Bu barədə "El Deber" qəzeti məlumat verib.
Məlumata görə, nəticədə 19 nəfər ölüb, doqquz nəfər yaralanıb. Ölənlərdən 14-nün qadın, üçünün kişi, həmçinin birinin qız və birinin oğlan uşağı olduğu bildirilib.
"Polis zərərçəkənlərin xilas edilməsi ilə bağlı işlərini davam etdirir, ona görə də ölənlərin sayının artacağı istisna olunmur", - deyə məlumatda qeyd edilib.
Qəzanın başvermə səbəbləri arasında nəqliyyat vasitəsinin yüksək sürətlə hərəkəti, həmçinin 24 yaşlı sürücünün səriştəsizliyi göstərilir.