Pakistanın Pəncab əyalətinin Multan şəhərində LPG tankeri partlayıb.
News24.az xəbər verir ki, Sənaye zonasında baş verən partlayış nəticəsində 6 nəfər həyatını itirib, 13-ü ağır olmaqla 30 nəfər yaralanıb.
Tankerin ətrafa səpələnmiş hissələri avtomobillərə və binalara ziyan vurub. Xilasedicilər partlayışdan sonra başlayan yanğının saatlarla davam edən işdən sonra söndürüldüyünü bildiriblər. Yanğın nəticəsində çoxlu mal-qara da tələf olub.
Polis əməkdaşı Sadiq Əli tankerdən qaz sızmasının davam etdiyini və ərazidə evakuasiya işlərinə başlanıldığını bildirib. Yaralıların müalicə aldığı Niştar xəstəxanasında fövqəladə vəziyyət elan edilib, ehtiyat tədbiri olaraq ərazidə qaz və işıq kəsilib.
Məryəm İlhamqızı