Dmitri Kramarenkonun qızı Lalə Kramarenko həkim səhvinin qurbanı olub.
Bu barədə mətbuata açıqlamasında Rusiyanın bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi İrina Viner bildirib.
Onun sözlərinə görə, meniskdə ağrılardan əziyyət çəkən gimnast cərrahi müdaxiləyə məruz qalib. Onu əməliyyat edən həkim isə zədəni aradan qaldırmaq əvəzinə sağlam yeri əməliyyat edib:
"Orada buynuzabənzər iki çıxıntı var. Həkim zədəli olanı kəsib götürmək əvəzinə, sağlam buynuzu kəsib. Həkim də bizimkidir, soyadını çəkmək istəmirəm. Məndən olsa belələrini həkimlik lisenziyasından məhrum edərdim".
Qeyd edək ki, Lalə 2021-ci ilin Avropa çempionudur. Ötən il isə o, Rusiya çempionatında fərdi yarışlarda hamını qabaqlayaraq çempion olub. Lalə futbol üzrə Azərbaycan millisinin sabiq qolkiperi və məşqçisi Dmitri Kramarenkonun qızıdır. Dmitri hazırda Moskva SSKA-sının qapıçılar üzrə məşqçisidir. Onun atası Sergey Kramarenko da qapıçı olub və 1966-cı ildə "Neftçi"nin heyətində SSRİ çempionatının bürünc medalını qazanıb.