RU

Azərbaycanda vəzifəli şəxslər işdən AZAD OLUNDU

2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib.   Manset.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev geniş kollegiya iclasında çıxışı zamanı deyib. O bildirib ki, onlardan 7 nəfərə töhmət, 4 nəfərə şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad olunub, 1 nəfər isə rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib. Baş prokuror, həmçinin, qeyd edib ki, 382 şəxs 2020-ci ilin noyabr ayından hazırki vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Избранный
17
12
manset.az

10Источники