“Azərbaycan erməni faşizminin gələcək təxribatlarının qarşsını almaq üçün təbliğati müstəvidə müdafiə siyasətindən imtina edib, hücum siyasəti sərgiləməli, qabaqlayıcı addımlar atmalıdır”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, yalnız önləyici addımlar hesabına gələcək təhdidlərin qarşısını almaq, növbəti faciələrdən sığortalanmaq mümkündür:
“Ermənilər tarixən xalqımızın başına çoxlu müsibətlər açıb, bizə bir-birindən qorxunc faciələr yaşadıblar. Bütün bunların bir daha baş verməməsi üçün bizim və gələcək nəsillərin ayıq-sayıqlığını qoruması olduqca vacibdir. Bunun üçün isə biz yeniyet və gənclər arasında ciddi təbliğat və maarifləndirmə işi aparmalı, hər addımda erməni təhlükəsi, qanla dolu keçmişimizi yada salmalıyıq. Biz təbliğati müstəvidə hücum siaysəti həyata keçirməli, müdafiədən imtina etməliyik.
Baxın, bugünə qədər ermənilər hansısa addım atır və yalnız bundan sonra biz bununla bağlı adekvat addımlar atmağa başlayırıq. Bundan sonra çalışmalıyıq ki, ilk addımı biz ataq və qoy müdafiə haqqında düşünən tərəf ermənilər olsun. Hesab edirəm ki, bu, uğur və müvəffəqiyyət üçün daha doğru, daha məntiqli formuldur”.
Seymur ƏLİYEV