Bakı. Trend:
Fevralın 7-10-da Heydər Əliyev Fondunun təşkilatçılığı,Mədəniyyət Nazirliyinin və Bakı Musiqi Akademiyasının dəstəyi iləQəbələdə ilk dəfə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalıkeçiriləcək.
“Qış nağılı” 2009-cu ildən ənənəvi təşkil olunan QəbələBeynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevənləri biraraya toplayacaq.
“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı,Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Rusiyadandünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar, musiqikollektivləri çıxış edəcəklər.
Çıxış edənlər:
Azərbaycandan Fərhad Bədəlbəyli, Emil Əfrasiyab, MuradAdlgözəlzadə, Nəzrin Aslanlı, Nigar Cəfərova, Yeganə Axundova,Yusif Eyvazov, musiqi kollektivlərindən Azərbaycan Dövlət AkademikOpera və Balet Teatrının Simfonik Orkestri, Bakı Kamera Orkestri,Bakı Xoreografiya Akademiyasının şagird və tələbələri, “Qaytağı”İnstrumental Ansamblı, Almaniya və Rusiyanı təmsil edən AydarQaynullinin “Eyforiya” Ansamblı, Böyük Britaniyadan DmitriSitkovetski, İtaliyadan Anastasiya Bartoli, Sergio Vitale, Polşadan“Glassduo” Ansamblı.
Proqram:
Qəbələnin müxtəlif mədəniyyət ocaqlarında maraqlı proqram təqdimediləcək, vokal, kamera instrumental musiqi axşamları, balettamaşaları təşkil olunacaq: Qara Qarayevin “Yeddi gözəl”baletindən, Niyazinin “Arzu” əsərindən, Üzeyir Hacıbəylinin“Koroğlu” operasından, Antonio Vivaldinin “İlin fəsilləri”silsiləsindən, Cakomo Puççinin “Turandot”, Cüzeppe Verdinin“Traviata” operalarından, Pyotr Çaykovskinin “Şelkunçik” baletindənparçalar, eləcə də Edvard Qriq, Frederik Şopen, İohann SebastyanBax, Volfqanq Amadey Motsart və digər bəstəkarların müxtəlif musiqikompozisiyaları.
Tamaşaçıların iştirakı:
Tamaşaçılar iTicket.az saytından ödənişsiz qeydiyyatdan keçməklətədbirə qoşula bilər.